İqtisadi gündəm
BMT Ermənistanı işğalçı dövlət kimi tanıdı - HESABAT
Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2014-cü ilin dekabrında təqdimatı keçirilmiş yeni Müharibə Hesabatı geniş ictimaiyyət üçün açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki
bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi
nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hesabat
Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu və Cenevrə
Universitetinin birgə mərkəzi olan Beynəlxalq Humanitar Hüquq və
İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanıb və
“Oxford” Universitetinin nəşriyyat evində çap edilib.
Sənəddə 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və
davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir.
Hesabat dövlətlər, BMT və onun ixtisaslaşmış təşkilatları,
beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün
nəzərdə tutulur və dünyadakı mövcud münaqişələrlə bağlı arayış və
istinad mənbəyi qismində istifadə edilməsi məqsədi daşıyır.
Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal
olunması və hərbi təcavüzün davam etməsi faktı birmənalı şəkildə
yenidən təsdiqlənir, münaqişə tərəflərinin yalnız Ermənistan və
Azərbaycan olduğu vurğulanır. Hesabatın 44-48-ci səhifələrində
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin
işğal edildiyi bildirilir, işğalçı dövlət olaraq Ermənistanın
öhdəlikləri diqqətə çatdırılır. Sənədin sözügedən münaqişəyə həsr
olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı”
adlanır.
2007-ci ildə Cenevrə Universitetinin hüquq fakültəsi və Beynəlxalq
və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən təsis
edilmiş Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair
beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat
işlərinin aparılması, təlim kursları və mütəxəssislərin
görüşlərinin keçirilməsi sahəsində fəaliyyət göstərir. Akademiyanın
fəaliyyəti İsveçrənin Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç
Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və
İsveçrənin Xarici İşlər üzrə Federal Departamenti tərəfindən
dəstəklənir.
Xatırladaq ki, Müharibə Hesabatının 2012-ci ili əhatə edən ilk
nəşri 2013-cü ilin dekabrında nəşr olunmuşdu.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov