Zakir Həsənov türkiyəli komandanı qəbul edib
Bizi izləyin

İqtisadi gündəm

Zakir Həsənov türkiyəli komandanı qəbul edib

Fevralın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı general-leytenant Burhanettin Aktının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm