Texas parlamentindən ikinci Xocalı qətnaməsi
Bizi izləyin

İqtisadi gündəm

Texas parlamentindən ikinci Xocalı qətnaməsi

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının üzvü Jin Vu Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar qətnamə yayıb.

Publika.az-ın Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı diaspor təşkilatı Amerika Azərbaycanlıları Şəbəkəsi məlumat verib.

Qətnamədə qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən qırğına məruz qalıb: "Bu, müharibə vaxtı baş verə biləcək cinayət haqqında xəbərdarlıq və zorakılığa yol verməmək üçün dialoqun inkişaf etdirilməsinin zəruri olmasının acı bir xatırlatmasıdır”.

Qətnamədə deyilir ki, Xocalıda baş verən qırğın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən faciəli hadisələrdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini ələ keçirib. Nəticədə, ən azı 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə yaşlı insanlar olub. Qırğınlar zamanı 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Qeyd edək ki, bu, Texas ştatının parlamentində Azərbaycana dair qəbul edilən ikinci qətnamədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm