ABŞ dövlət katibinin köməkçisi: “ABŞ-Azərbaycan dialoqunun yaradılmasına yardım edəcəyik”
Bizi izləyin

İqtisadi gündəm

ABŞ dövlət katibinin köməkçisi: “ABŞ-Azərbaycan dialoqunun yaradılmasına yardım edəcəyik”

Azərbaycanın gələcəyi üçün hökumət və vətəndaş cəmiyyəti arasında sıx ünsiyyət çox vacibdir.

Trend xəbər verir ki, bunu çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

V. Nuland deyib: "Biz razılaşdıq ki, (Bakıda danışıqlarda) müzakirələri davam etdirəcəyik, vətəndaş cəmiyyəti və demokratiya üzrə ABŞ-Azərbaycan dialoqunun yaradılmasına yardım edəcəyik. Bu, Azərbaycan-ABŞ ikitərəfli strukturu olacaq. Bu struktur Azərbaycanın Avropa Şurası ilə apardığı işlə paralel fəaliyyət aparacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm