İqtisadi gündəm
Əli Həsənov tələbələrə Xocalı ilə bağlı mühazirə oxudu - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində fevralın 24-də ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.
Publika.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sonuncu
mühazirəni Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi
məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli
Həsənov “Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq
aləmdə tanınması” mövzusunda oxuyub.
Professor Əli Həsənov qeyd edib ki, XX əsrin 80-ci illərinin ikinci
yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə
“Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli
sürdülər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi
bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə
ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində
20000 azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50
mini isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda,
1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti
yeridən Ermənistan tərəfindən ümumilikdə müxtəlif səpkili 373
terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705
nəfər yaralanıb.
Əli Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə
siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən
xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanıb, bu hadisələrə
siyasi-hüquqi qiymət verilib. Bununla yanaşı, azərbaycanlılara
qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ulu öndər
Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart
Azərbaycanlıların Soyqırımı Günü elan edilib:
"Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü
danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini
dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması
şərti ilə münaqişənin ədalətli şəkildə həll ediləcəyinə olan
ümidləri daha da artırıb. Biz də hər zaman olduğu kimi,
dövlətimizin başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə
edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin
məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin
coğrafiyasını genişləndiririk.
Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi
istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu
proses sürətlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar
Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir
və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə
çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
Münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar
siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışan, Azərbaycanın
diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum
diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov, eyni
zamanda, dinləyicilərin nəzərinə çatdırıb ki, Prezident İlham
Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin
müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını
bildirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün tam əsasımızın
olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini
vurğulayıb: "Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan
dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə
dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yürütdüyü təcavüz
siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz
həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş
missiyasının əsasını təşkil edir".
Əli Həsənov tələbələrin diqqətinə çatdırıb ki, biz dövlətimizin
başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti
qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum
diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün
dünyada ifşa edilməsinə nail olmalıyıq.
Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar
Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin
Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və
təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA
Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov
“Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun
nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun
Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin
əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü
(1905-1906)”, tarix elmləri doktoru, professor Solmaz
Toqidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci
illər)”, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının
müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı
ərazi iddiaları (1918-1923-cü illər)”, tarix elmləri doktoru,
professor, Milli Məclisin deputatı Musa Qasımlı "Sovet dövründə
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və
onun nəticələri (1945-1985)”, “Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə
Heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz
Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və
soyqırımı siyasəti. Qaradağlı soyqırımı” mövzularında proqram üzrə
mühazirələr oxuyublar.
Fevralın 4-dən-24-dək davam edən kursların budəfəki dinləyiciləri
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri
olublar.
Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim
edilib.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO