“Yol hərəkəti haqqında” qanuna dəyişikliklə bağlı FƏRMAN
Bizi izləyin

İqtisadi gündəm

“Yol hərəkəti haqqında” qanuna dəyişikliklə bağlı FƏRMAN

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1178-IVQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.


Publika.az-ın “AzərTAc”a istinadən məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1178-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıb:



1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı” adlı 1 saylı Əlavənin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində müasir beynəlxalq norma və standartlara uyğun, azsaylı və aydın meyarlar əsasında hazırlanmış və sadələşdirilmiş yeni redaksiyasını beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014-cü il, № 9, maddə 1043; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 448 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. dördüncü abzasdan “, 85-1-ci maddəsinin 1-ci, 3-cü hissələrində, 4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu hissələrində, 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində,” sözləri çıxarılsın;

3.2. beşinci abzasda “cümləsində” sözündən sonra “və 84-cü maddəsinin 6-1-ci bəndində” sözləri əlavə edilsin;

3.3. iyirmi yeddinci abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və iyirmi səkkizinci abzas ləğv edilsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 23 fevral 2015-ci il.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm