İqtisadi gündəm
Prezident “AzərTAc”la bağlı 3 sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında Sərəncam imzalayıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı
dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
adlandırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:
Bayramov Rəşid Oruc oğlu
Əliyev Məzahir Təriş oğlu
Əliyeva Kifayət Salman qızı
İbadov Suvar İnayət oğlu
Qədilli Fuad Adil oğlu
Quliyeva Səriyyə Qədir qızı
Vəliyeva Aidə Əlibala qızı
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının təltif
olunması ilə bağlı sərəncam imzalayıb:
“Əməkdar mədəniyyət işçisi”
Quluzadə Yaşar Mahmud oğlu
Qurbanova Gülzaman Kamil qızı
Yusifov Səlahət Şahsuvar oğlu
“Əməkdar jurnalist”
Həsənova Aygün Vəzir qızı
Sadıxlı Nərgiz Murtuz qızı
“Əməkdar mühəndis”
Əliyev Azər Həsən oğlu
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO