İlham Əliyev “ВТБ”-nin prezidenti və idarə heyətinin sədrini qəbul edib
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev “ВТБ”-nin prezidenti və idarə heyətinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.


Publika.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm