Ermənistan I Avropa Oyunlarında iştirak edəcək
Bizi izləyin

İqtisadi gündəm

Ermənistan I Avropa Oyunlarında iştirak edəcək

Ermənistan Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, iştirak barədə qərarı idmançıların özü verəcək.

Qeyd edək ki, daha əvvəl Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinə olduğunu açıqlamışdı. Federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin Oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab etmişdi.

Ermənistanın idman naziri Qabriel Kazaryan isə bildirmişdi ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm