İqtisadi gündəm
“Admiral”da yanan qadın “Elit Star” Cəmilənin bacısı imiş
Kazanda ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən qadın Azərbaycanda tanınmış müğənninin bacısıdır.
Trend-in əldə etdiyi məlumata görə, Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən Muxtarova Tamilla Hüsü qızı müğənni “Elit Star” Cəmilənin bacısıdır.
Onu da qeyd edək ki, 1961-ci il təvəlludlü mərhum Tamilla Muxtarova ailəli olub. İki övladı olub.
Bu gün T.Muxtarovanın cənazəsinin Bakıya gətiriləcəyi və saat
17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qohumlarına
təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, mərhum T.Muxtarovanın martın 22-də doğum günü qeyd ediləcəkdi.
Xatırladaq ki, martın 13-də Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində 17 nəfərin öldüyü bildirilir, onlarla insan xəsarət alıb. Dağıntılar altında qalan digərlərinin çıxarılması istiqamətində işlər davam etdirilir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən isə daha öncə Trend-ə bildiriblər ki, yanğın zamanı iki azərbaycanlı ölüb, ikisi isə yaralanıb.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO