İqtisadi gündəm
Azərbaycan vətəndaşları viza problemi ilə qarşılaşa bilər
“ABŞ səfirlikləri və konsulluqları hazırda elektron sistemdə texniki çətinliklər yaşayır. Bu səbəbdən ABŞ pasport və viza işləmələrində, habelə elektron yazışmalarda ləngimələr ola bilər”.
Trend-in məlumatına görə, bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin “facebook” səhifəsində verilib.
Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşlarının elektron sorğularına cavablandırmada da gecikmələr ola bilər. Növbədənkənar yardım üçün ABŞ vətəndaşları öz səfirlik və konsulluqları ilə telefon əlaqəsi saxlamalıdırlar.
Bundan əlavə, müsahibəsi bu həftəyə təyin edilmiş tələbə və ya müdabilə proqramları vizası üçün müraciət edən ərizəçilər özləri ilə SEVİS ödəməsi haqqında arayış gətirməlidilər.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də vizaların verilməsində gecikmələrin ola biləcəyi barədə məlumat verib.
Trend-in məlumatına görə, məlumatda qeyd olunub ki, 20-27 mart tarixlərində Azərbaycanda Novruz bayramı səbəbindən ərizəçilər Bakı və İstanbul arasında kuryer xidmətində müəyyən gecikmələrlə üzləşə bilər. Bu müddət ərzində təcili viza üçün müraciət edənlərin ərizələri İstanbula çatdığı andan prioritet hesab ediləcək. Lakin bu şəxslərin də ərizələrinin işlənmə vaxtına zəmanət verilmir.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?