İqtisadi gündəm
Rəşid Behbudovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi,
görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan
Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının
Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid
oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur.
Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin
yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və
həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz
yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli
musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti
dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan
Dövlət Mahnı Teatrı mədəniyyətə sanballı töhfə təşkil edir. Rəşid
Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə
kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son
dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və
konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə
Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafı və
təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkar Rəşid
Behbudovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
görkəmli musiqi xadimi Rəşid Behbudovun 100 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
AZƏRTAC
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?