İqtisadi gündəm
İlham Əliyev Roma Papasını təbrik edib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Roma Papası Fransiski təbrik edib.
Təbrikdə deyilir:
Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə
şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan ilə Vatikan arasında tolerantlığın,
multikulturalizmin, ümumbəşəri dəyərlərin təntənəsi naminə
müvəffəqiyyətlə davam edən əməkdaşlıq bundan sonra da Yer üzündə
sülhə və əmin-amanlığa, insanlar arasında qarşılıqlı anlaşmaya və
həmrəyliyə xidmət edəcəkdir.
Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü,
apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, müqəddəs
missiyanızda uğurlar, məsləkdaşlarınıza xoşbəxtlik və firavanlıq
diləyirəm.
AZƏRTAC
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI