Ramil Usubov yeni rəis təyin etdi
Bizi izləyin

İqtisadi gündəm

Ramil Usubov yeni rəis təyin etdi

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb. O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub.

Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəis təyin edilib. Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.

Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm