İqtisadi gündəm
Müdafiə Nazirliyi erməni əsgərin niyə öldürülmədiyinə aydınlıq gətirdi - MÖVQE
Cəbhə xəttində baş verən son hadisələrdən sonra erməni tərəfində ciddi əsəbilik və gərginlik müşahidə edilir.
Publika.az bildirir ki, Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı qeyd edib ki, erməni tərəfi son günlər cəbhə xəttində verilən çoxlu itkilərdən və uğursuzluqlardan sonra əsəblərini cilovlaya bilmir. Müşahidələrimiz göstərir ki, həm erməni ictimiayyəti, həm də həbrçiləri arasında xaos və anarxiya yaşanır: “Bu gərginlik həm cəbhədə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında, həm də erməni ictimaiyyəti arasında müşahidə edilir. Son dövrlərdə onlar mövqelərimizi iriçaplı pulemyotlardan, eləcə də 60 və 82 mm-lik minaatanlardan necə gəldi atəşə tutular. Biz isə onlara kalibri daha iri olan silahlarla layiqli cavab veririk. Əsas odur ki, biz tərəfdən heç bir itki yoxdur”.
MN-nin sözçüsü əlavə edib ki, Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş ərazilərində, Ermənistan silahlı birləşmələrində
əsgər çatışmazlığı hiss olunur: “Azərbaycan tərəfinə keçərək
könüllü təslim olan erməni hərbçisi Andranik Qriqoryanı hərbçi
yoldaşı onu niyə vurmayıb? Çünki o da Qriqoryanın həmkəndlisi olub.
Onlar səngərlərə mülki vətəndaşları cəlb edirlər”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb. Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışır.
Martın 22-də günorta saatlarında isə ilkin məlunata görə 1991-ci
ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı
qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi
qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk
edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. A.Qriqoryan
bunun çox sadə bir səbəbinin olduğunu, mənasız yerə ölməkdən
qorxduğunu bildirib: “Nə qədər erməni hakimiyyəti öz xalqından
martın 19-da olan hadisəni gizlətmək istəsə də artıq hamı bilir.
Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu, onlarla
yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri
yerləşdirirlər.
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm.
Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq,
silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli
ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin
əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb.
Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən
çoxlu sayda insan var”.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı