Sürücülərin nəzərinə! - Bu yollar bağlandı
Bizi izləyin

İqtisadi gündəm

Sürücülərin nəzərinə! - Bu yollar bağlandı

Bu gündən etibarən paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq.

"Azəryolservis" ASC-dən Publika.az-a verilən məlumata görə ötən gün axşam saat 23:00-dan etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Martın 26-ı isə səhər saat 07:00-dan etibarən təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm