Erməni nazir etiraf etdi - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

Erməni nazir etiraf etdi - VİDEO

Ermənistan müdafiə naziri Seyran Ohanyan erməni hərbi qulluqçu Andranik Qriqoryanın Azərbaycan tərəfinə könüllü keçdiyini bildirib.

ANS-in məlumatına görə, erməni nazir deyib: “Qriqoryanın xidmət yoldaşları onun postu necə qoyaraq qaçdığını görüblər. Onlar Qriqoryanı dayandıra bilməyiblər”.

Erməni mətbuatı artıq Azərbaycan tərəfinin təqdim etdiyi videolara şübhələri də dayandırıb və Andranik Qriqoryanla birlikdə Mkrtumyan soyadlı bir erməni əsgərin də Azərbaycan tərəfə keçmək istədiyini vurğulayıb.

Onun rusca dediyi ifadələr də sözbəsöz erməni mətbuatında dərc edilib. Məsələn: “…mən postda xidmət edirdim, mən özüm qaçdım, mən döydülər, mən qaçdım… …vuruşmaq istəmirəm, yaşamaq istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm