ARDNŞ niyə yenidən “Şimal” istiqamətinə meyl etdi? - Açıqlama
Bizi izləyin

İqtisadi gündəm

ARDNŞ niyə yenidən “Şimal” istiqamətinə meyl etdi? - Açıqlama

Xəbər verildiyi kimi, dünən Dövlət Neft Şirkəti və “Transneft” arasında Azərbaycan neftinin Rusiya üzərindən daşınması üzrə yeni müqavilə imzalayıblar. ARDNŞ bunun qarşılıqlı faydalı kommersiya şərtləri əsasında həyata keçirildiyini bəyan edib. Lakin Rusiyanın neft boru daşımaları üzrə monolisti hələlik susmağa üstünlük verir. SOCAR-ın marketinq və investisiyalar üzrə vitse presidenti Elşad Nəsirov isə Reuter`s agentliyinə bildirib ki, 2014-cü ildə Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə 1-1,5 milyon ton neft daşımaq niyyətindədir və bağlanan müqavilə tərəflərin kommersiya maraqlarına cavab verir.

Publika.Az-a açıqlama verən iqtisadçı-ekspert İlham Şaban bildirir ki, bundan əvvəl Rusiya ərazisində Azərbaycan neftinin 1 tonunun daşıması tarifi 15,67 dollar idi. 16 il yarım ərzində bu dəyişməz olaraq qalırdı. “Transneft” isə bu tarifin 2 dəfə artırılmasının istəyirdi. Buna cavab olaraq Azərbaycan keyfiyyət bankı tələb irəli sürürdü: “Rusiya bunu o zaman tətbiq edəcəyini bildirirdi ki, SOCAR 5 milyon ton neft vursun kəmərə. Çox güman ki, Azərbaycan keyfiyyət bankı ilə bağlı öz tələbini geri götürüb. “Transneft” həcm məsələsini gündəllikdən çıxarıb. Və beləliklə tərəflər Azərbaycan neftinin 30 dollardan daşınmasına razılaşıblar. Bu tarif SOCAR-ı qane edir. Çünki BTC-dən ucuzdur, dəmir yolu ilə daşımalar qədər baş ağrısı yoxdur və riski azdır”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm