İqtisadi gündəm
Zakir Həsənovdan hərbçilərə müraciət
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 mart 2015-ci il tarixli Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara müraciət edib.
Publika.az-ın nazirliyin saytına istinadən verdiyi
məlumata görə, müraciətdə deyilir: "Bu gün Siz həyatınızın ən
şərəfli günlərindən birini yaşayırsınız. Ümummilli liderimiz Heydər
Əliyev vaxtı ilə demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu
yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində
hörmətli, dəyərli insanlardır. Həyatnı bu şərəfli peşəyə - ölkəni,
Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan
xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Siz elə bir vaxtda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırsınız ki, bu günlər Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri mövqelərimizə hücum etmiş erməni işğalçı qüvvələrinin layiqli cavablarını verərək rəşadət, cəsarət və peşəkarlıq nümunələri göstərmişlər. İndi hər yerdə Azərbaycan əsgərinin şərəfinə xoş sözlər eşitmək olar. Xalq öz Ordusuna inanır və ona güvənir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev 19 mart
2015-ci ildə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən
ümumxalq şənliyində çıxış edərkən demişdir: Bizim əsgərlərimiz
Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlük əldə etmişik... Bu
gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah
baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları
sırasındadır.
Bu, Siz əsgərlərin xidmətinə ölkə rəhbərliyinin verdiyi ən yüksək
dəyərdir. Əminəm ki, Siz orduda aldığınız təlim-tərbiyə və
təcrübəni mülki həyatda da dövlətimizin qüdrətlənməsinə, orduya
vətənpərvər gənclərin hazırlanmasına həsr edəcək, orduda
komandirlərin etimadlarını doğrultduğunuz kimi, arxa cəbhədə də
valideynlərinizin ümidlərini doğruldacaq, ata-ananıza layiqli
övlad, Vətən üçün dəyərli vətəndaş olacaqsınız".
Nazirin sözlərinə görə, orduya çağırılan gənclər isə bilməlidirlər
ki, əsgər həyatının özünəməxsus çətinlikləri vardır: "Lakin öz
Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar
edilmiş, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin
əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin
şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə
rəhbərliyinin hörmət və məhəbbətini qazanacaqdır.
Torpaqlarımızın bir hissəsi düşmən işgalındadır. Qarşınızda duran
ən mühüm vəzifə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Bu
vəzifəni uğurla həyata keçirmək üçün siz də Ali Baş Komandanın
əmrlərinə hazır olmalı, əsgər həyatının hər anından səmərəli
istifadə etməlisiniz.
Xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara nümunəvi
xidmətlərinə görə təşəkkür edir, Vətənə layiqli övladlar
yetişdirdiklərinə görə valideyinlərə minnətdarlığımı bildirir,
gənc-əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirərək Silahlı
Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazmağı
arzulayıram".
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?