Putin Azərbaycan diasporu ilə işləyəcək yeni dövlət qurumu yaratdı – FƏRMAN
Bizi izləyin

İqtisadi gündəm

Putin Azərbaycan diasporu ilə işləyəcək yeni dövlət qurumu yaratdı – FƏRMAN

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Milli Məsələlər üzrə Federal Agentlik yaradılıb.

Publika.az bildirir ki, fərmana əsasən, Agentliyə dövlətin milli siyasətinin hazırlanması və həyata keçirilməsi, bununla bağlı məsələləri normativ-hüquqi tənzimləmək səlahiyyəti verilib.

“Federal Agentlik Rusiyanın çoxmillətli xalqının vahidliyini möhkəmləndirmək, milli barışı təmin etmək, milli azlıqların hüquqlarını müdafiə etmək yönündə tədbirlər təşkil edəcək”,- deyə fərmanda qeyd olunub.

V. Putinin fərmanı ilə yaradılmış yeni quruma həmçinin milli-mədəni muxtariyyətlərlə və vətəndaş cəmiyyətinin digər institutları əlaqələri formalaşdırmaq səlahiyyəti verilib. Bura həmçinin milli münasibətlər müstəvisində olan federal proqramların hazırlanması və reallaşdırmaq daxildir.

Milli Məsələlər üzrə Federal Agentliyinə rəhbərliyi Rusiya Hökuməti həyata keçirəcək. Yeni fərmanla Rusiya Mədəniyyət Nazirliyinə bununla bağlı verilmiş funksiyalar yeni quruma verilib.

Agentlik dövlətin milli siyasətinin reallaşdırılması üzərində nəzarəti aparacaq.

Bu fərmanla Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yeni qurumla əməkdaşlıq etməli olacaqlar.

X. SƏFƏRLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm