İqtisadi gündəm
Təslim olan erməni hərbçidən müraciət: “Hamınız Azərbaycan tərəfinə keçin” - VİDEO
Martın 22-də könüllü olaraq Azərbaycan tərəfinə keçən Ermənistan silahlı qüvvələrinin hərbçisi Andranik Qriqoryan erməni hərbçilərə müraciət edib.
Publika.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi A.Qriqoryanın müraciətinin videogörüntüsünü yayıb. Erməni hərbçi müraciətində bunları deyir:
Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam.
2012-ci ilin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə
çağırılmışam.
2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm.
Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim.
Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar
edirdilər.
Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfinə
keçdim.
Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə
çağırıram.
Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə
rəftar edildiyinin şahidi oldum.
Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə
olunurlar.
Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə
ölümə göndərirlər.
Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm, mənasız
müharibədən yorulmuşam.
Azərbaycan Respublikasında bizə yaxşı baxırlar, yaxşı qulluq
edirlər, paltarımı, geyimimi, yeməyimi yaxşı verirlər.
Burada özümü çox yaxşı hiss edirəm.
Bütün silahları yerə qoymağa, əsgərlərin valideynlərini,
analarını, bacılarını Azərbaycan Respublikasına keçməyə
çağırıram.
Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var – ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir.
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq