İqtisadi gündəm
İlham Əliyev Dubay əmiri ilə görüşüb
Aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.
***
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda hörmətli
qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport
verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid
Əl-Maktuma raport verdi.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət
himnləri səsləndi.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb
Əmirliklərinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə
təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham
Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş
naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun
qarşısından keçdi.
Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid
Əl-Maktum rəsmi foto çəkdirdilər.
AZƏRTAC
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi