“İŞİD-ə qoşulanlar arasında Gürcüstan azərbaycanlıları da var”
Bizi izləyin

İqtisadi gündəm

“İŞİD-ə qoşulanlar arasında Gürcüstan azərbaycanlıları da var”

“Gürcüstandan Suriyaya döyüşməyə təkcə Pankissi dərəsindəki çeçenlər yollanmır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə gürcü politoloqu Mamuka Areşidze çıxış edib.

O, İŞİD döyüşçülərinin Gürcüstana dönəcəyi halda Tiflisi təhlükə gözlədiyini bildirib:

“Suriyaya gedənlər arasında azərbaycanlıların yaşadığı Kvemo-Kartli regionu və Acariya Muxtar Respublikasından olan insanlar da var. Əksəriyyəti müsəlman olan bu şəxslər ölkəni turist kimi tərk edib Türkiyəyə gedir, sonra isə bir anda Suriyada peyda olurlar. Gürcüstanın bu prosesin qarşısını alması çətin olacaq. Belə ki, heç bir şəxsə ölkəni etnik və dini mənsubiyyətinə görə tərk etmə qadağası qoyula bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm