Sadiq Əraslan Mübariz Qurbanlı ilə vidalaşdı
Bizi izləyin

İqtisadi gündəm

Sadiq Əraslan Mübariz Qurbanlı ilə vidalaşdı

Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin ölkəmizdəki səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Əraslanı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüş zamanı müşavir qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərilməsi onda böyük təəssürat yaradıb. O, müşavir kimi fəaliyyəti müddətində ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyəyə rəsmi səfərindən, keçirdiyi görüşlərdən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Mübariz Qurbanlı qeyd edib ki, bu əlaqələrin qurulmasında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Din işləri üzrə müşavirliyin böyük xidmətləri vardır.

Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Türkiyə səfirliyinin din işləri üzrə yeni təyin olunmuş müşaviri professor Kamil Günəş iştirak edib. Mübariz Qurbanlı müşavirə yeni işində uğurlar arzulayıb və bildirib ki, Dövlət Komitəsi bundan sonra da Türkiyə səfirliyinin din müşavirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm