Ermənistan daha bir əsgərini itirdi
Bizi izləyin

İqtisadi gündəm

Ermənistan daha bir əsgərini itirdi

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında daha bir hərbçisini itirib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Artur Arakelyan Dağlıq Qarabağın şərq hissəsində ölüb.

Erməni əsgərinin bədbəxt hadisə nəticəsində öldüyü bildirilir. Məlumata görə, hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, dünən Ermənistanda əsgər anaları İrəvanda növbəti etiraz aksiyasını keçiriblər. Əsgər anaları övladlarının ölümü ilə bağlı cinayət işlərini açılmamasına görə hakimiyyətdən izahat tələb ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm