Avropa Oyunları ilə əlaqədar Azərbaycan-Polşa danışıq kitabçası nəşr edilib
Bizi izləyin

İqtisadi gündəm

Avropa Oyunları ilə əlaqədar Azərbaycan-Polşa danışıq kitabçası nəşr edilib

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycan-Polşa danışıq kitabçası nəşr edilib.

Publika.az-ın məlumatına görə, kitabçanın ön səhifəsində səfir Həsən Həsənovun I Avropa Oyunları iştirakçılarına müraciəti yer alıb.

Müraciətdə bildirilir: “Azərbaycanın Polşadakı səfirliyi Polyak-Azərbaycan danışıq kitabçasının xüsusi nəşri təşəbbüsünü irəli sürərək Bakıda keçiriləcək I Avropa Oyunlarına, həmçinin bütün idman dünyasına öz kiçik töhfəsini vermə şərəfinə malikdir.

Səmimi salamlarımızı xüsusilə polşalı qonaqlara: idmançılara, məşqçi qruplarına, onları müşayiət edən şəxslərə və jurnalistlərə ünvanlayırıq.

Ümid edirik ki, Azərbaycanın unikal abidələri, xalqımızın qonaqpərvərliyi və yüksək idman ruhu hər kəsdə unudulmaz təəssüratlar yaradacaq, ərsəyə gələn Polyak-Azərbaycan danışıq kitabçası isə insanların ünsiyyət qurması və beynəlxalq dostluğun gücləndirilməsi baxımından çox faydalı olacaq”.

Qeyd olunan kitab “Azərbaycan-Polşa” seriyasında səfirliyin, Azərbaycan Dillər Universiteti və Varşava Universitetinin birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak məqsədilə ölkəmizə səfər edəcək nümayəndə heyətinin üzvlərinə hədiyyə edilib və Polşa Respublikasının Mərkəzi və Universitet kitabxanalarına göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm