Bakıda ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçir
Bizi izləyin

İqtisadi gündəm

Bakıda ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçir

I Avropa Oyunları zamanı ictimai nəqliyyat 20 saatlıq iş rejiminə keçəcək.

Bunu Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.


Onun sözlərinə görə, eyni zamanda Avropa Oyunları ilə bağlı 300 avtobus xəttə buraxılacaq. Bundan başqa ekspress avtobuslar fəaliyyət göstərəcək. Oyunları izləmək istəyən tamaşaçılar avtomobilləri yalnız parketmə yerlərində saxlaya biləcəklər. Oradan isə ekspress avtobuslarla lazımi obyektlərə aparılacaqlar.


N.Həsənov deyib ki, qanunsuz taksi növlərinə tam qadağa qoyulacaq. Parketmə işlərinə nəzarət gücləndiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm