Novorossiysk limanından neft ixrcı 32,6% azaldılıb
Bizi izləyin

İqtisadi gündəm

Novorossiysk limanından neft ixrcı 32,6% azaldılıb

Novorossiysk limanından neft ixrcı 32,6% azaldılıb

Novorossiysk limanından neft ixrcı 32,6% azaldılıb Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-fevral aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə 169,694 min ton neft yola salıb. Publika.Az şirkətə istinadən bildirir ki, 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 32,6% azalıb.

2014-cü ilin fevral ayında SOCAR Novorossiysk limanından 84,91 min ton Azərbaycan nefti yola salıb. Məlum olduğu kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft ötürməyi planlaşdırır (il ərzində 1 mln. 20 ton). 2014-cü il fevralın 18-də SOCAR və “Transneft”arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.

Bununla yanaşı, sazişin şərtləri açıqlanmayıb. Saziş 2014-cü ilin sonuna qədər nəzərdə tutulub. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Bakı- Novorossiysk kəməri ilə 1 mln. 750,063 min ton, 2014-cü ilin yanvar ayında 84,795 min ton neft ixrac edilib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm