"Qızıl adam" amansızlıqla qətlə yetirildi - FOTOLAR/VİDEO
Bizi izləyin

Hadisə

"Qızıl adam" amansızlıqla qətlə yetirildi - FOTOLAR/VİDEO

Hindistanda “Qızıl adam” kimi tanınan iş adamı Datta Fuqe xüsusi amansızlıqla qətlə yetirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cinayət Mumbai şəhərindən 150 km cənub-şərqdə yerləşən Puna şəhərində baş verib. Tanışı iş adamını və onun 22 yaşlı oğlunu doğum gününə dəvət edib. Gecə restorandan çıxanda on nəfər iş adamının üstünə atılaraq daşla və iti alətlərlə ona çoxsaylı zərbələr endirib. Polislər bildirib ki, Fuqe ölümünə qədər oğlunun gözü qarşısında vurulub. Özü də basqınçıların ona rəhmi gəlməyib.

Hüquq-mühafizə orqanları biznesmenin qətlinin təfərrüatlarını araşdırır. Cinayətlə bağlı artıq 4 nəfər saxlanılıb. Hadisənin biznesmenin işçiləri arasında pul anlaşılmasızlığına görə baş verdiyi iddia olunur.

Məlumat üçün bildirək ki, Datta Fuqe 2013-cü ildə 250 min dollar dəyərində 3.5 kiloqram çəkidə qızıl köynək alıb. Qızıl köynəkdə fotoları internetdə sürətlə yayılan iş adamı məşhurlaşmışdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm