Mühafizəçini döydürən “Range Rover”li xanımın əri həbs olundu
Bizi izləyin

Hadisə

Mühafizəçini döydürən “Range Rover”li xanımın əri həbs olundu

Bakıda mühafizəçini ölümcül döydürən ''003'' nömrə nişanlı ''Range Rover''in xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb.

Bakıda mühafizəçini ölümcül döydürən ''003'' nömrə nişanlı ''Range Rover''in xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, criminal.az saytı bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisinin bir qızın şikayəti ilə ölümcül hala salınması barədə xəbər vermişdi.

Məlumata görə, cavan xanım sürücü idarə etdiyi ''-- -- 003'' dövlət nömrə nişanlı son model ''Range Rover'' markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icazə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ''AA'' dövlət nömrə seriyalı ''Mercedes'' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.

Məlumat saytda yayımlanandan sonra məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir.

Qadının əri hadisədən sonra həbs olunub.

Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsindən açıqlama almaq mümkün olmadı. Həbs olunan şəxsin adı açıqlanmasa da, o, yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrə malikdir. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm