Bakıdakı 138 nəfər yol qəzalarının qurbanı olub
Bizi izləyin

Hadisə

Bakıdakı 138 nəfər yol qəzalarının qurbanı olub

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Publika.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, paytaxt ərazisində baş vermiş 490 (ötən ilin müvafiq dövründə 600) yol-nəqliyyat hadisəsində 138 (ötən ilin müvafiq dövründə 175) nəfər həlak olub, 515 (ötən ilin müvafiq dövründə 645) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3%, həlak olanların sayı 21,1%, xəsarət alanların sayı 20,2% azalıb. Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 (-54, 103) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm