Tovuzda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alan var - (FOTO)
Bizi izləyin

Hadisə

Tovuzda yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alan var - (FOTO)

Tovuzda kartof daşıyan yük maşını qəzaya düşüb.

Tovuzda kartof daşıyan yük maşını qəzaya düşüb.

“Report”-un Qərb bürosunun məlumatına görə, hadisə geçə saatlarında Bakı-Qazax yolunun Aşağı Quşçu Kəndindən keçən hissəsində baş verib.

Tovuz rayon sakini Firdovsi Qarayevin idarə etdiyi “QAZel” markalı yük avtomaşını əks istiqamətdən gələn, Ədalət Novruzovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm