ATS-i su basdı, 600-dən çox abonent telefonsuz qaldı
Bizi izləyin

Hadisə

ATS-i su basdı, 600-dən çox abonent telefonsuz qaldı

İntensiv yağan yağış suları binanın içinə də dolub. Nəticədə 600-ə yaxın abonentin telefon xəttində problem yaranıb.

Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağının binasını su basıb.

Hadisə oktyabrın 17-də axşam saatlarında baş verib. İntensiv yağan yağış suları binanın içinə də dolub. Nəticədə 600-ə yaxın abonentin telefon xəttində problem yaranıb.

Qovşağın əməkdaşları yanğın təhlükəsini aradan qaldırmaq üçün binaya pəncərədən daxil olub.

Yasamal Telefon Qovşağından saytımıza verilən məlumata görə, təbii fəlakət nəticəsində qovşaqda baş verən fəsadları aradan qaldırmaq üçün bir həftəyə yaxın vaxt tələb olunur. (AzNews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm