"Arvadının başını əlində fırladırdı" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI (YENİLƏNİB) - - VİDEO
Bizi izləyin

Hadisə

"Arvadının başını əlində fırladırdı" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI (YENİLƏNİB) - - VİDEO

Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Əri tərəfindən vəhşicəsinə öldürülən qadının yaxınları danışdılar.

Zərdabın Yarməmmədbağı kəndində qanlı hadisə baş verib. Övladlarının gözü qarşısında arvadının başını kəsib.

33 yaşlı Aqşin Astanov həyat yoldaşı 23 yaşlı Rüxsanə Astanovanı başını kəsərək öldürüb.

Mərhumun qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində çobanlıq edən Aqşin Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac içərisində olan ailəyə qonşular kömək edib. Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək, 3 az yaşlı övladının gözu önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.

Sahib Məcnunov - mərhumun qohumu: "Kənd camaatı dedi ki, başın kəsəndən sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlarda qorxudan harasa qaçıblar. Sonra gəlib tutublar".

Gülnarə Məcnunova - mərhumun anası: "Başı çatmır, dəlidir. Mən nə bilim axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim".

Qulu Məcnunov - mərhumun babası: "Polisə xəbər verib ki, ərim məni tullayıb bura, özü də filan yerdədir. Xəbər veriblər ərinə, deyiblər ki, qız səni şikayət edib, səni tutacaqlar. O da gəlib baltanı götürüb".

Qeyd edək ki, Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (ARB TV)

***

Zərdab rayonunun Yarməmmədbağı kəndində Aqşin Aslanovun həyat yoldaşı Rüxsanə Aslanovanı öldürməsinin təfərrüatı məlum olub.

Kəndin bələdiyyə sədri Sahib Xəlilovun Publika.az-a verdiyi məlumata görə, Aqşinin yoldaşını öldürmə səbəbi ətrafdakıların qınağı olub: “Bu, Aqşinin 3-cü nikahıdır. İkinci nikahından 1 uşağı var. O, iki həyat yoldaşını da boşayıb Rüxsarə ilə ailə qurub. Aqşinin bacısı Rüxsarənin qardaşı ilə evli olub. Bir müddət əvvəl onlar boşanıblar. Həmin boşanmadan sonra ailədə münasibətlər pozulub. Uzun müddətdir Aqşin ailəsini qoyub fermada işləyirdi, evinə getmirdi. Bu nikahdan 3 uşağı var idi, heç onlara da baxmırdı. Onun psixologiyasında da problemlər var idi. Ailəsinə baxmasa da, rəsmi boşanmamışdılar. Onu polislər aparanda niyə öldürdüyünü soruşduq. “Hamı məni qınayırdı. Ailəmi düzgün yola gətirə bilmədim, öldürdüm”, - dedi. Aqşin həyat yoldaşından ayrı yaşayandan kənddə Rüxsarə haqqında müəyyən söhbətlər gəzirdi. Hətta qayınatası da bu söhbətlərdən bezib, kənddən köçüb getmişdi”.

S.Xəlilov bildirir ki, Aqşin səhər saatlarında evə gəlib, həyat yoldaşını uşaqların olmadığı otağa aparıb və orada öldürüb: “O, kəndə heç bir nəqliyyat vasitəsilə gəlməyib, gəldiyini də görən olmayıb. Arxa yollarla 3 saat piyada gəlib, evinə girib və uşaqların hadisəni görməməsi üçün yoldaşını digər otağa aparıb orada başını kəsib. Özü də polisə zəng edib, hadisəni törətdiyini deyib. Hazırda uşaqları qayınanasının yanındadır. Lakin uşağın dövlətin himayəsinə verilməsinin tərəfdarıyıq. Aqşinin atası ilə anasının da arasında problemlər var, iki bacısı da boşanıb. Ümumiyyətlə, hər iki ailədə problemlər var. Uşaqların ən böyüyü 5 yaşındadır. Ən yaxşısı onların uşaq evinə yerləşdirilmələridir”.

***

Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bu barədə Trend-ə Zərdab rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 24-də Zərdab rayonunun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb.

Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm