İmişlidə "Kamaz" oğurlanıb
Bizi izləyin

Hadisə

İmişlidə "Kamaz" oğurlanıb

İmişlidə yük maşını qaçırılıb.

İmişlidə yük maşını qaçırılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün rayonun daş bazarında qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər tərəfindən mişar daşı ilə yüklənmiş “KAMaz” markalı avtomaşın oğurlanıb.

Səhər saatlarında əraziyə gələn sürücülər avtomobilin oğurlandığından xəbər tutublar. Az sonra sürücülər yük avtomobilini yaxınlıqda olan kolluqda aşkar ediblər. Avtomobildə olan 900 ədəd daşın oğurlandığı məlum olub.

Naməlum oğrular digər avtomobilləri qaçırmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Lakin avtomobillərin bir qisminə ziyan vurublar.

Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, tədqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm