Hadisə
“Oksigen” klinikasında 2 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açıldı
Bakı şəhər prokurorluğu özəl klinikada baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Publika.az xəbər verir ki, prokurorluğun açıqlamasında bildirilib ki, oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...