ŞOK FAKTLAR: Gürcüstanda diri-diri basdırılmış azərbaycanlı və digərlərinin HEKAYƏSİ - (FOTO)
Bizi izləyin

Hadisə

ŞOK FAKTLAR: Gürcüstanda diri-diri basdırılmış azərbaycanlı və digərlərinin HEKAYƏSİ - (FOTO)

Diri-diri basdırılmaq... Ölümlərin bəlkə də ən acısı, ən dəhşətlisidir... İnsanlıq tarixi təəssüf ki, pis əməllərlə doludur. Bunların arasında bir-birimizi diri-diri basdırmaq da var.

Diri-diri basdırılmaq... Ölümlərin bəlkə də ən acısı, ən dəhşətlisidir... İnsanlıq tarixi təəssüf ki, pis əməllərlə doludur. Bunların arasında bir-birimizi diri-diri basdırmaq da var.

Publika.az tarixə nəzər salaraq diri-diri basdırılmış bir neçə insanın hekayəsini təqdim edir:

1.Oktavia Smit Hatçer

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

1800-cü illərin sonlarında ABŞ-ın Kentuki ştatı qorxunc bir epidemiya ilə sarsılır. Epidemiyaya yoluxan Oktavia Smit Hatçer adlı qadın komaya girər. Bir neçə ay yataqda qalan qadın ölü elan edilir və dərhal basdırılır. Dəfn mərasimindən bir həftə sonra qəsəbədəki bir çox insan Oktavianın yoluxduğu xəstəliyə tutular və komaya düşürlər. Bir müddət sonra isə komdan çıxırlar. Oktavianın əri, arvadının diri-diri basdırıldığından şübhələir və qəbri açır və dəhşətə gəlir.

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Tabutun içərisində cırmaq izləri, qadının dırnaqları isə qan içində idi. Üzündə isə dəhşətli bir ifadə. Həqiqət ortalıqda idi. Oktavia diri-diri basdırılmışdı. Oktavianın yenidən dəfn mərasimi keçirilir. Həyat yoldaşı isə onun məzarı üzərind abidəsini ucaldır. O abidə hələ də məzarın üzərindədir. Epidemiyaya gəlincə, Afrikaya aid ağcaqanad növünün səbəb olduğu yuxu xəstəliyinin bütün bu hadisələrə səbəb olduğu ehtimal olunur.

2.Stefan Smol

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

1987-ci ildə Stefan Smol adlı məşhur bir şəxs qaçırılır və diri-diri basdırılıb. Oğrular isə 30 yaşlı Deni Eduards və onun 26 yaşlı sevgilisi Nensi Riş olub. Cütlüyün məqsədi Stefanı tabutda gizlədərək ailəsindən bir milyon dollar almaq olub.

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Stefanın boğulmaması üçün tabutu minimal səviyyədə hava, su və işıqla təmin edirlər. Lakin hava balonu tutulur və adam boğularaq ölür.

Cütlük isə 25 il azadlıqdan məhrum edilir.

3.Xanım Boger

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Bu dəfə bir az da keçmişə səyahət edək. Çarlz Boger və həyat yoldaşı, Pensilvaniyadakı fermalarında sadə bir həyat yaşayarkən 1893-cü ilin iyulunda xanım Boger qəfilədn vəfat edir. Həkimlər onun ölümünü təsdiqləyir və qadın dəfn edilir. Bu hekayə burada bitməli idi. Amma Çarlzın dostlarından biri ona həyat yoldaşının depresiyadan komaya düşdüyünü və bəlkə də ölmədiyini söyləyir.

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Arvadının diri-diri basdırılmış olması fikri Çarlza rahatlıq vermir. O, bir neçə dostu ilə həyat yoldaşının məzarını qazır. Qarşılaşdıqları mənzərədən dəhşətə gəlirlər. Qadın tabutun içində tərsinə çevrilmiş vəziyyətdə olub. Tabutun içindəki güzgü sınaraq qadının bədənini kəsik-kəsik edib. Barmaqları tabutu cırmaqlamaqdan qırıq-qırıq olub. Həmin hadisədən sonra Çarlzı görən olmayıb.

4.Angelo Hays

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Diri-diri basdırılanların arasında şanslı olanlar da var. Bunlardan biri də Angelo Hays adlı 19 yaşlı gənc olub. Fransada yaşayan Angelo, 1937-ci ildə motosikleti ilə qəzaya uğrayır. Başı divara dəyən gənc xəstəxanaya aparılır və həkimlər onun öldüyünü bəyan edirlər. 3 gün sonra Angelo dəfn edilir. Maraqlı hadisələr də bu nöqtədən sonra başlayır.

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Bir sığorta şirkəti, Angelonun atasının yenicə sağlamlıq sığortası etdirdiyini əsas gətirərək gəncin ölümünün uydurma olduğunu iddia edirlər. Hadisəni araşdırmaq üçün dəfndən iki gün sonra məzar açılır və şoka düşürlər. Gənc hələ yaşayır. Məzarın açılmasında iştirak edən həkim Angelonun bədəninin isti olduğunu və ürəyinin döyündüyünü təsdiq edir. Dərhal xəstəxanaya aparılan Angelo xilas olur.

5.Korniş

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

İngiltərədə bölgələrdən birində bələdiyyə başçısı olan Korniş, 80 yaşında qızdırmadan vəfat edir. Dərhal da dəfn edilir. Məzarçı tabutun basdırılmasını tamamlamağa az qalmış məzarlıqdan keçən insanlarla başı söhbətə qarışır.

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Bu zaman Kornişin yarı doldurulmuş məzarından səslər eşidilir. Səsi eşidənlər dərhal köməyə qaçır və kişini xilas etməyə çalışırlar. Lakin gecikirlər. Korniş məzarında dizləri və dirsəkləri qan işində boğularaq ölür.

6.Azərbaycanlı İsrafil

Diri Diri Gömülerek Korkunç Bir Şekilde Öldürülmüş 10 Kişi

Buna bənzər hadisə isə Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə baş verib. Gürcüstanın Saqareco rayonunda yaşayan İsrafil adlı şəxs yaylaqda çoban yoldaşı ilə mübahisə edir. Nəticədə çomaqlar işə düşür. Çoban yoldaşı dəmir çomaqla İstrafilin başına güclü zərbə endirir. Zərbədən huşunu itirən İsrafil xəstəxanaya çatdırılır. Amma çox gec olur. Həkmilər onun öldüyünü bildiri və meyit ailəsinə təhvil verilir. İsrafil İslam adəti üzrə kəfənlənir və dəfn edilir. Amma ortada bir cinayət faktı olduğundan məhkəmə tibbi ekspertizası məzarın açılmasına qərar verir. Dədndən iki gün sonra məzar açılanda isə hər kəs şoka düşür. Kəfən cırılmış, hər tərəf qan içində olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm