İnternet üzərindən torpaq alqı, pulundan oldu - (VİDEO)
Bizi izləyin

Hadisə

İnternet üzərindən torpaq alqı, pulundan oldu - (VİDEO)

İnternet üzərindən tanış olduğu şəxsdən torpaq alıb beh ödəyən şəxs indi həm pulundan olub, həm də torpaqdan.

İnternet üzərindən tanış olduğu şəxsdən torpaq alıb beh ödəyən şəxs indi həm pulundan olub, həm də torpaqdan. Buna Rauf Abbasovun toprağı alaraq beh ödədiyi Oktay və Elnur adlı şəxslərin bir anda yoxa çıxması səbəb olub. Hadisə Sabunçu rayonu Kürdəxanı Məhəmmədi yolunun kənarında yerləşən Yeni Yaşayış Massivində baş verib.

Çəkiliş ərəfəsində məlum oldu ki, eyni hadisə Canblad Məmmədov adlı şəxsin də başına gəlib. Həmin şəxslər Canblad Məmmədovdan isə ev tikmək adı ilə 20 min manat pul alıblar.

Zərərçəkənlər deyirlər ki, alqı-satqını notariat qaydada həyata keçirməyiblər. Onlar Elnur və Oktay ilə alqı-satqını öz aralarında bağladıqları müqavilə əsasında həyata keçiriblər.

Onlar iddia edirlər ki, həmin şəxlər eyni üsulla bir neçə insanı da aldadıblar. İndi vətəndaşlar həmin şəxslərin tapılaraq dəymiş ziyanlarının ödənilməsini istəyirlər.

Biz də məsələyə aydınlıq gətirmək üçün müqavilədə qeyd edilən nömrələrə zəng etdik, amma telefonlar bağlı idi.

Bəs görəsən internet üzərindən satışa çıxarılan daşınmaz əmlakları almaq nə dərəcədə düzgündür? Həmin şəxslərə etibar etmək olarmı?

Daşınmaz əmlak ekperti Ramil Osmanlı isə deyir ki, internet üzərindən satışa çıxarılan əmlakları almaq olar, ancaq bu zaman alan və satan tərəf bəzi nüanslara diqqət etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm