Hadisə
Ağdamda ilan sürüsü evlərə girib - - FOTO
Ağdam rayonunda məcburi köckünlərin məskunlaşdığı qəsəbədə ilan sürüsü evlərdən birinə hücüm çəkib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun 4 yol 1 qəsəbəsi, ev 3 ünvanında baş verib.
Belə ki, rayon sakini Sevil Həsənovaya məxsus fərdi yaşayış evinə çoxlu sayda ilan girib. Ev sahibinin sözlərinə görə, müxtəlif ölçüdə olan ilanlar ən çox azyaşlılar üçün təhlükəlidir: "Son günlər evin həyətində bir neçə ilan öldürsək də, yenə də evdə ilanlar görünür".
Qəsəbə sakinlərinin sözlərinə görə, ümumiyyətlə, son vaxtlar ərazidə sürünənlərin sayı çoxalıb. Havaların isti keçdiyi vaxtlarda həyətyanı sahələrdə ilanlara rast gəlinib. Ancaq qış fəslində heç vaxt sürünənlər görünməyib.
Ağdam rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən "Report"a bildiriblər ki, hələlik onlara sürünənlərin hücumu ilə bağlı məlumat daxil olmayıb: "Qəsəbədən belə bir müraciət daxil olarsa, mərkəzin əməkdaşları tərəfindən hadisənin baş verdiyi ərazi xlor məhlulu ilə dərmanlanacaq".
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR