13 dəqiqədən sonra "20 Yanvar" partlayacaq dedi və...
Bizi izləyin

Hadisə

13 dəqiqədən sonra "20 Yanvar" partlayacaq dedi və...

Bakıda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

Publika.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 12:10 radələrində naməlum şəxs metronun "20 Yanvar" metrostansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat verib.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib.

Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm