Hacıqabulda dəhşət - Qardaşı deyir qızı öldürüb, qızı isə deyir qardaşı - - VİDEO
Bizi izləyin

Hadisə

Hacıqabulda dəhşət - Qardaşı deyir qızı öldürüb, qızı isə deyir qardaşı - - VİDEO

Hacıqabulda 24 yaşlı qızın öz anasını döyərək öldürdüyü iddia olunur. Belə bir iddia ilə mərhumun qardaşı çıxış edir.

Hacıqabulda 24 yaşlı qızın öz anasını döyərək öldürdüyü iddia olunur. Belə bir iddia ilə mərhumun qardaşı çıxış edir.

Onun sözlərinə görə, bacısı qızi anasını dəfələrlə döyüb və evdən qovub. Sonuncu dəfə döyüləndən sonra isə ananın vəziyyəti daha da ağırlaşıb və ötən gün rəhmətə gedib. Hüquq mühafizə orqanları isə ölümün hansı səbəbdən baş verməsi ilə əlaqədar araşdırma aparırlar.

Qardaşı deyir qızı öldürüb, qızı isə deyir qardaşı.

Söhbət ötən gün qardaşının evində dünyasının dəyişən Hacıqabul rayonu Meyniman kənd sakini 52 yaşlı Təranə Babayevanın ölümündən gedir. Ölən qadının qardaşı Günəş Hüseynov deyir ki, Təranə Hüseynova qızı Səadət Ağacanlı tərəfindən dəfələrlə döyülərək evindən qovulub. Sonuncu dəfə də onu döyüb ciddi xəsarətlər yetiriblər. O vəziyyədə yenə evdən qovublar. Təranə Babayeva bir müddət xəstəxanada müalicə olunduqdan sonra bacısını öz evinə gətirib. Günəş Hüseynov deyir ki, bacısının ölümünə məhz o xəsarətlər səbəb olub. Özü də qızı anasının 20 ilə əvvəl boşanmış atasının sifarişi ilə edib.

Ölən qadının qızı Səadət Ağacanlı isə əksini iddia edir. O bildirir ki, anası dayısı tərəfindən öldürülüb buna səbəb isə dayısının onların mülkünə göz tikməsidir.

Hadisədə adı hallanana mərhum keçmiş həyat yoldaşı Səxavət Babayev isə bütün hadisələrdən xəbərsiz olduğunu deyir.

Xəstəxanadan bildirilib ki, 52 yaşlı qadın bir müddət əvvəl döyülmə ilə əlaqədar deyil, qızıl qurd xəstəliyi səbəbindən onlara müraciət edib. Ailənin digər üzvləri də qadının məhz xəstəlik ucbatından dünyasını dəyişdiyini qeyd edirlər.

Qadının meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə müayinə edilib. Hüquq-mühafizə orqanlarından ölümün xəstəlikdən və ya döyülmədən baş verdiyini yalnız ekspertizanın rəyindən sonra aydın olacağını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm