"Erməni" müəllimi "zorlayan" direktor DANIŞDI (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

"Erməni" müəllimi "zorlayan" direktor DANIŞDI (YENİLƏNİB)

Xəzər rayonundakı 230 nömrəli məktəbdə qeyd olunan məsələ ilə bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

İdarədən Publika.az-a verilən məlumatda bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcək.

***

Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin direktoru Elşən Qafarov direktor müavini Ləman Babayevanın onları şantaj, təhqir etməsinə, həmçinin qardaşının müəllimləri bıçaqla hədələməsinə aydınlıq gətirib.

Direktor Elşən Qafarovun Publika.az-a verdiyi açıqlamada işdən çıxmaq üçün ərizə yazdığını təsdiqləyib: “Bu məsələ başlayan gündən təlimata uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ayrı-ayrı sektorlarına lazımı məlumatlar verilib. Ümumiyyətlə, mətbuatda yayılmış məlumatla bağlı təlimata uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şifahi və ya yazılı razılığı olmadan ictimaiyyətə məlumat verə bilmərəm”.

Direktorun işdən çıxma səbəbi ilə bağlı suala cavab vermək istəməyib.

Qeyd edək ki, Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin kollektivi olke.az-a direktor müavini Ləman Babayevanın onları şantaj, təhqir etməsi, habelə onun qardaşının müəllimləri bıçaqla hədələməsi ilə bağlı məktub ünvanlayıb. İddiaya görə, bütün bunlar Rusiya Federasiyasından bu ilin yay aylarında məktəbin ünvanına göndərilən bir məktubdan sonra başlayıb. Məktubda göstərilirdi ki, Ləman Babayeva əslən ermənidir, ailəsi və özü fırıldaq işlərlə məşğuldur.

Məktəbdəki problemlərdən sonra polisə şikayət edən L.Babayeva direktorla bəzi müəllimələrin guya əxlaqsızlıqla məşğul olduqlarını, hətta direktor tərəfindən ona qarşı zorlanma olduğunu yazıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm