Azərbaycanda ev belə partladı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - (VİDEO)
Bizi izləyin

Hadisə

Azərbaycanda ev belə partladı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - (VİDEO)

Şəmkirdə partlayış olub. Ev dağılaraq yararsız hala düşüb. Hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Şəmkirdə partlayış olub. Ev dağılaraq yararsız hala düşüb. Hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Evdə partlayış 1 nəfərin ağır xəsarət almasına səbəb olub.

Hadisə Şəmkirin Düz Qışlaq kəndində baş verib. Kənd sakini Akif Əliyevə məxsus evdə baş verən partlayış nəticəsində ev dagılaraq yararsız hala düşüb. Məlumata görə, ev sahibi Rusiyada yaşadığı üçün evində başqa adam müvəqqəti məskunlaşıb. Ötən gün saat 16 radələrində evdə yaşayan Ramin Hacıyev işığı yandırmaq istəyərkən güclü partlayış baş verib. Nəticədə sahəsi 200 kvadratmetrdən artıq olan ev tamamilə dağılıb.

Ramin Hacıyev isə ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə zamanı partlayışın dalğasından ətrafdakı evlərə də ziyan dəyib. Qoşuluqdakı evin dam örtüyü və pəncərələri dağılıb, əşyalarına ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm