Ağsu sakini dəm qazından boğulub
Bizi izləyin

Hadisə

Ağsu sakini dəm qazından boğulub

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report" xəbər verir ki, hadisə rayonun Qəşəd kəndində qeydə alınıb.

Kənd sakini 1950-ci il təvəllüdlü Abdulhüseynov Oqtay Abduləli oğlu yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından sızan dəm qazından boğulub. Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi köməksiz vəziyyətdə qalaraq ölüb.

Qeyd edək ki, Oqtay Abdulhüseynov 42 ildir ki, Qəşəd kənd orta məktəbində müəllim işləyirdi.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm