20.000 dolları ölkədən çıxarmaq istədilər
Bizi izləyin

Hadisə

20.000 dolları ölkədən çıxarmaq istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı-Tbilisi aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm