Göyçayda AĞIR QƏZA: Avtomobillər toqquşdu...
Bizi izləyin

Hadisə

Göyçayda AĞIR QƏZA: Avtomobillər toqquşdu...

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Göyçayın Yeniarx kənd sakini, 1961-ci il təvəllüdlü Zülfüqarov Gülağa Əlsaab oğlunun idarə etdiyi 10-UM-642 dövlət nömrə nişanlı “VAZ 2104” markalı minik avtomobili ilə Qarabaqqal kənd sakini, 1963-cü il təvəllüdlü Cəbrayılov Vüqar Aslan oğluna məxsus 03-BF-069 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm