Bakı metrosunda ölüm - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Bakı metrosunda ölüm - YENİLƏNİB

45-50 yaş arasında olan qadın dünyasını dəyişib

Bu gün metronun "Koroğlu" stansiyasında vəfat edən qadının kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, hadisə yerinə Nizami Rayon Prokurorluğunun əməkdaşları gəliblər. Məlum olub ki, vəfat edən qadın 1966-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Suraxanı rayon sakini olan Əhmədova Gülnarə Səməd qızıdır.

Araşdırma aparılır.

***

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Milli.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, bu dəqiqələrdə "Koroğlu" metro stansiyasının keçidində 45-50 yaş arasında olan qadın dünyasını dəyişib.

Polislər hadisə yerinə yaxınlaşmağa icazə vermirlər.

Hal-hazırda stansiyaya təcili tibbi yardımın əməkdaşları gəliblər. Şahidlərin sözlərinə görə, təcili tibbi yardım gec gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm