Şamaxıda ana doğuş vaxtı öldü
Bizi izləyin

Hadisə

Şamaxıda ana doğuş vaxtı öldü

Bu gün Şamaxı rayonunda ana ölümü qeydə alınıb.

Bu gün Şamaxı rayonunda ana ölümü qeydə alınıb.

Hadisə ötən gecə baş verib.

Artıq hadisə ilə bağlı Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyasının mütəxəssisləri Şamaxıya gedəcək və ölümün səbəbləri yerində araşdırılacaq.

Ana ölümünün dəqiq səbəbləri Doğuşayardım Komissiyasının araşdırmalarından sonra məlum olacaq və bu barədə ictimaiyyətə açıqlanacaq.

Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb.

Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb.

Bu, qadının ilk hamiləliyi olub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm