Bakıdakı bina yanğını ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTOLAR (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıdakı bina yanğını ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTOLAR (YENİLƏNDİ)

Yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.

Fövqəladə Hallar Nazirliyi bu gün Binəqədi rayonunda yataqxanada baş vermiş yanğın barədə məlumat yayıb.

Publika.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Binəqədi rayonunda İqtisadiyyat Universitetinə məxsus yataqxananın 2-ci mərtəbəsində ümumi sahəsi 28 m2 olan 1 otağın eyvanının yanar konstruksiyaları 6 m2 sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd televizor ərimişdir. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.

Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

***

Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm