Tarixdə BU GÜN: Dünya Azərbaycandakı faciədən danışdı
Bizi izləyin

Hadisə

Tarixdə BU GÜN: Dünya Azərbaycandakı faciədən danışdı

Terror aktı nəticəsində 22 nəfər həlak olub.
1991-ci il. Göyərtəsində Azərbaycanın hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçiləri olan “Mİ-8” vertolyotu Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları var idi. Ümumilikdə, terror aktı nəticəsində 22 nəfər həlak olub.

1989-cu il. BMT-də 193 ölkə tərəfindən dəstəklənən "Uşaq hüquqları Konvensiyası" qəbul edilib. Bu sənəd dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Həmin tarix Beynəlxalq Uşaq Hüquqları Günü kimi qeyd olunur. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamına əsasən, 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub.

1985-ci il. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olan Microsoft Windows 1.0 əməliyyat sistemini bazara çıxarıb. Microsoft şirkətinin sahibi Bill Geyts dünyanın ən zəngin adamıdır.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm